Səhiyyə Nazirliyi uşaqların gigiyenası mövzusunda növbəti maarifləndirici canlı yayım təşkil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, görüşün qonağı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova olacaq.
Tədbirdə uşaqların gigiyenası, gündəlik qulluq qaydaları, sağlam həyat vərdişlərinin formalaşdırılması və valideynlərin diqqət etməli olduğu əsas məqamlar barədə məlumat veriləcək.
Yayım 24 iyun saat 15:00-da baş tutacaq.
Bakı 




