• Bakı 24° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Tehranda çörək 100 faiz bahalaşdı

DÜNYA

23 Iyun 2026 | 20:02

Tehranda çörək 100 faiz bahalaşdı

Tehran vilayətində çörəyin qiyməti rəsmi şəkildə artırılıb; bu, daha əvvəl digər bölgələrdə başlayan bahalaşma dalğasının növbəti mərhələsi kimi qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, İran Sənaye Palatasının un və çörək işçi qrupunun rəhbəri Məhəmməd Cavad Kərimi bildirib ki, Tehranda yuxa çörəyinin qiyməti 2 700 tümən, bərbəri çörəyinin qiyməti 10 000 tümən, səngək çörəyinin qiyməti isə 15 500 tümənə yüksəlib.

Tehrandan əvvəl də müxtəlif əyalətlərdə, o cümlədən Qərbi Azərbaycan, Mazandaran, Məşhəd və Həmədan kimi bölgələrdə çörək qiymətlərinin artması barədə məlumatlar yayılmışdı.

Çörək bir çox aşağı gəlirli ailə üçün süfrədə ən ucuz və sabit məhsullardan biri sayılır.

Əvvəlki hesabatlar da göstərib ki, bir çox ailələrdə kalori istehlakının azalması və ət, süd məhsulları və meyvənin rasiondan çıxarılması nəticəsində çörək ərzaq təhlükəsizliyinin əsas dayağına çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR