• Bakı 27° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Mask trilyonçu statusunu itirdi

DÜNYA

24 Iyun 2026 | 09:26

Mask trilyonçu statusunu itirdi

ABŞ-li iş adamı İlon Maskın sərvəti azalaraq 957 milyard dollara düşüb. Nəticədə, o, trilyonçu statusundan məhrum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin milyarderlər indeksindən məlum olub.

Bildirilib ki, sözügedən reytinq zənginlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında müəyyənləşdirilir. Qeydə alınan son dəyişikliklər zamanı sahibkarın maliyyə vəsaiti 118 milyard dollar azalıb.

Xatırladaq ki, iyunun 12-də "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində Mask tarixdə ilk trilyonçu olub. Səhmlərin ilkin yerləşdirilməsi prosesində şirkət rekord məbləğdə - 75 milyard dollar cəlb etmişdi. Hərraclar başlamazdan əvvəl isə Maskın sərvəti 750 milyard dollar olaraq qiymətləndirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026