Venesuelanı faktiki olaraq ABŞ-ın energetika naziri Kris Rayt idarə edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“O, Venesuelanı idarə edir. Venesuela ilə əla münasibətlərimiz var. Venesuela xalqı indi çox xoşbəxtdir”, - deyə o bildirib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu Yorka aparılıb.
Bakı 



