• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bulvardakı məşhur attraksion təmir ediləcək

CƏMİYYƏT

23 Iyun 2026 | 22:27 | Müəllif: Subhan Mahmudov

Bulvardakı məşhur attraksion təmir ediləcək

Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən "Panorama" attraksionu təmir olunacaq.

Bakıvaxtı.az Baku.vs-yə istinadən xəbər verir ki, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610.47 manat təşkil edir.

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026