• Bakı 26° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

İrlandiya bu il Ukraynaya 125 milyon avro yardım ayıracaq

CƏMİYYƏT

23 Iyul 2026 | 21:17

İrlandiya bu il Ukraynaya 125 milyon avro yardım ayıracaq

İrlandiya bu il üçün Ukraynaya 125 milyon avro məbləğində yeni ikitərəfli dəstək paketi ayırır.

Bakıvaxtı.az İrlandiya hökumətinin saytına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mixol Martinlə xarici işlər və ticarət naziri Helen Makenti bu gün bəyan ediblər.

Məlumata görə, bu dəstəyə Ukraynaya öldürücü olmayan hərbi avadanlıqların tədarükü üçün 100 milyon avro, həmçinin qış ərəfəsində mühüm infrastrukturun, xüsusən də enerji infrastrukturunun bərpası və mühafizəsinə dəstək üçün 25 milyon avro daxildir.

Qeyd edək ki, İrlandiyanın Baş naziri bu gün səhər saatlarında Kiyevə səfər edib.

Xatırladaq ki, İrlandiya xeyli ukraynalı qaçqın qəbul edən Avropa ölkələri sırasındadır. 2022-ci ilin fevralından bəri Dublin həmçinin Kiyevə 550 milyon avrodan çox yardım ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR