Ankara Varşava ilə həmçinin müdafiə sənayesi sahəsində sıx əməkdaşlığa hazırdır. Türkiyə və Polşa dəfələrlə layihələr həyata keçiriblər, bunlardan bəziləri PUA-ların təchizatı ilə bağlı olub. Ölkələrimiz NATO üzrə iki əvəzolunmaz müttəfiq kimi fəal şəkildə əməkdaşlıq edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri Polşa ilə əməkdaşlığı qarşılıqlı faydalı adlandıraraq, Varşavaya Ankaranın Avropa Birliyinə qoşulmaq müraciətini dəstəklədiyinə görə təşəkkür edib.
O, həmçinin Ankarada keçiriləcək Şimali Atlantika Alyansı sammiti ilə bağlı gözləntilərini bölüşüb:
“Biz NATO üzrə Avropa müttəfiqlərimizin iyulun 7-8-də keçirilməsi planlaşdırılan sammitdə üzərlərinə daha böyük məsuliyyət götürməsini vacib hesab edirik”.
Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə lideri qeyd edib ki, Ankara və Varşava regionda sülhün vacibliyi ilə bağlı eyni fikirdədirlər.
Bakı 



