• Bakı 26° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

DÜNYA

23 Iyul 2026 | 21:29

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qətnamənin lehinə 214, əleyhinə 208 konqresmen səs verib.

Təşəbbüsü hakim Respublikaçılar Partiyasından olan 4 deputat da dəstəkləyib.

Qeyd edək ki, qətnamə ABŞ administrasiyası üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır. Bu cür sənədlərdə qanunvericilər öz mövqelərini ifadə edirlər və Amerika administrasiyasının onları görməzlikdən gəlmək hüququ var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR