• Bakı 26° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Zəlzələnin Venesuelaya vurduğu zərərin həcmi açıqlandı

DÜNYA

23 Iyul 2026 | 21:07

Zəlzələnin Venesuelaya vurduğu zərərin həcmi açıqlandı

Dünya Bankı iyunun 24-də Venesuelada baş vermiş zəlzələlərdən dəyən zərəri 19,6 milyard ABŞ dolları məbləğində qiymətləndirib.

Bakıvaxtı.az Dünya Bankının ilkin məruzəsinə istinadla xəbər verir ki, ümumi zərər həcminin təxminən yarısı mənzil fondunun payına düşüb.

Sənəddə qeyd olunub ki, dağıntıların miqyası iqtisadi artımı sürətləndirmək və fəlakətin sosial nəticələrini yumşaltmaq üçün ölkənin operativ şəkildə bərpa edilməsinin vacibliyini vurğulayır.

Qiymətləndirməyə görə, zərərin 47%-i yaşayış binalarının, 27%-i infrastruktur obyektlərinin, daha 26%-i isə qeyri-yaşayış tikililərinin payına düşüb.

Xatırladaq ki, Venesuelada dağıdıcı zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə intervalla 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Nəticədə təxminən 5 400 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR