• Bakı 26° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Aİ Rusiyaya bu məhdudiyyətləri tətbiq edəcək

DÜNYA

23 Iyul 2026 | 20:48

Aİ Rusiyaya bu məhdudiyyətləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketi çərçivəsində Rusiyanın metallurgiya və qızıl hasilatı sektorlarına qarşı məhdudiyyətləri genişləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa Şurasının bəyanatına istinadən məlumat yayıb.

Bu yeni paket son dövrlərdə qəbul edilən bu tipli ən genişmiqyaslı sanksiya paketidir. Aİ Avropa şirkətlərinin Rusiyanın iki limanı və dörd hava limanı ilə əməliyyatlar aparmasını qadağan edən tədbirləri də paketə daxil edib.

Həmçinin 170 təşkilat və 48 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib; eyni zamanda, Rusiyadakı 94 bank və 33 iri maliyyə qurumunun aktivləri dondurulub və onlara vəsait ayrılması qadağan olunub. Üçüncü ölkələrin şirkətləri tərəfindən göstərilən kripto-aktiv xidmətləri isə tamamilə qadağan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR