Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərq münaqişə zonasının hava məkanı üzərindən uçuşlardan çəkinmək barədə tövsiyəsini iyulun 1-dək uzadıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, EASA-nın açıqlamasında yer alıb.
Açıqlamaya görə, "Münaqişə Zonası haqqında Məlumat Bülleteni"nin qüvvədəolma müddəti 1 iyul 2026-cı ilə qədər uzadılıb.
Yüksək riskli rejim Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanına şamil edilib.
Gülşən Şərif
Bakı 



