• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Peyman Sadıqov AID GROUP-dan ayrılıb

CƏMİYYƏT

24 Iyun 2026 | 14:24

Peyman Sadıqov AID GROUP-dan ayrılıb

Tanınmış jurnalist Peyman Sadıqov AID GROUP xaricdə təhsil şirkətindəki fəaliyyətini başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, əldə olunan məlumata görə, o, şirkətin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb və bununla da AID GROUP-la əməkdaşlığına son qoyub.

Peyman Sadıqovun işdən ayrılması ilə bağlı şirkət tərəfindən hələlik geniş açıqlama verilməyib. Ayrılığın səbəbləri barədə də rəsmi məlumat açıqlanmayıb. Məlum olan odur ki, jurnalist artıq AID GROUP-un mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etmir.

Qeyd edək ki, Peyman Sadıqov 20 ildən artıq media sahəsində fəaliyyət göstərən jurnalistlərdəndir. O, müxtəlif informasiya və kommunikasiya layihələrində iştirak edib, media və ictimaiyyətlə əlaqələr sahəsində çalışıb.

Xatırladaq ki, AID GROUP-un qurucusu Nigar Fərhaddır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026