• Bakı 24° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir

CƏMİYYƏT

10 May 2026 | 12:09

Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində əhali doğma yurdlarına qayıtdıqca məktəblərin fəaliyyəti də mərhələli şəkildə bərpa olunur:

“Zəngilan, Cəbrayıl, Laçın və digər işğaldan azad edilmiş rayonlarımızın məktəbləri yaxın illərdə öz ərazilərində fəaliyyətlərini bərpa edəcəklər. Artıq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Şuşada uğurla fəaliyyət göstərir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026