• Bakı 32° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Bu gün Həcc ziyarəti başa çatır

CƏMİYYƏT

09 Iyun 2026 | 10:01

Bu gün Həcc ziyarəti başa çatır

Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:

"Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarətə yollanan kvota üzrə hamı artıq ziyarətini başa vurub vətənə dönür. Hamı özünü yaxşı hiss edir. Heç kimin səhhətində hansısa problem yaranmayıb", - o bildirib.

Qeyd edək ki, hacıların Azərbaycana ilk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçirilib. İkinci qrup isə iyunun 7-də vətənə qayıtmışdılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026