• Bakı 26° C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR

CƏMİYYƏT

09 Iyul 2026 | 09:44

Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.

Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026