• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Xalq şairinin SON HALI: “Yeriyə bilmir, amma...”

CƏMİYYƏT

09 Iyun 2026 | 10:08 | Müəllif: Ayyət Əhməd

Xalq şairinin SON HALI: “Yeriyə bilmir, amma...”

“Nəriman müəllimin səhhəti yaxşıdır. Ara-sıra yaradıcılıqla da məşğul olur”.

Bu sözləri Bakıvaxtı.az-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost şairin səhhətindən danışarkən bildirib.

Onun sözlərinə görə, şairin yaddaşı da, ümumi sağlamlıq vəziyyəti də qənaətbəxşdir:

“Evdə müalicəsi davam edir. Düzdür, özü sərbəst yeriyə bilmir, bizim köməyimizlə hərəkət edir. Amma səhhəti pis deyil”.

“Dostları Nəriman müəllimə baş çəkirmi” sualını cavablandıran Arif Mehmandost bildirib ki, şair yaxınlarının diqqətindən kənarda qalmır:

“Əlbəttə, dostları onu yad edir, tez-tez zəng vuraraq səhhəti ilə maraqlanırlar. Yazıçı Anar da mütəmadi əlaqə saxlayır, halını soruşur. Düzdür, yanına gələ bilmirlər, amma daim zəng edib maraqlanırlar”.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə böyrək çatışmazlığından əziyyət çəkir.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026