• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Polkovnikin məhkəməsində ifadəsini dəyişən Kamil Cəlilov - kimdir?

CƏMİYYƏT

09 Iyun 2026 | 11:28

Polkovnikin məhkəməsində ifadəsini dəyişən Kamil Cəlilov - kimdir?

Xəbər verdiyimiz kimi, dünən Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmədə dindirilən Kamil Cəlilovun əvvəlki ifadələri ilə müəyyən ziddiyyətlərin olduğu bildirilib. İclas zamanı onun verdiyi ifadələr ətrafında müzakirələr aparılıb.

Bəs ifadəsini dəyişdirən Kamil Cəlilov kimdir?

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Azərbaycan Ordusunun polkovnik-leytenantıdır.

K.Cəlilov uzun illər Azərbaycan Ordusunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin (hazırkı Heydər Əliyev adına Hərbi İnstitut) məzunudur.

Əslən Şəkidən olan Kamil Cəlilov 2023-cü ilin fevral ayından 2025-ci ilədək Azərbaycan Ordusunun İstirahət Evinin rəisi vəzifəsini icra edib. Daha sonra o, sərəncama götürülüb.

Xatırladaq ki, Kamil Cəlilovdan sonra bu vəzifəni İlham Haqverdiyev tutub. O isə ötən ilin oktyabr ayında prokurorluq tərəfindən həbs edilib, bu ilin may ayında azadlığa buraxılıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026