• Bakı 25° C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Marketlərdə satılan sellofan paketlər YENƏ BAHALAŞDI

CƏMİYYƏT

09 Iyul 2026 | 11:09

Marketlərdə satılan sellofan paketlər YENƏ BAHALAŞDI

Bir sıra supermarketlərdə sellofan (polietilen) paketlər yenidən bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda sellofan paketlər ölçüsünə uyğun olaraq 7 və 9 qəpiyə satılır.

Qeyd edək ki, 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti qurumların qərarına əsasən, bu paketlər market kassalarında alıcılara ayrıca məhsul növü kimi ödənişli təqdim olunur. Həmin 3 və 5 qəpiyə təqdim olunan paketlər artıq 2 dəfəyə yaxın bahalaşıb.

Sellofan paketlərin təbiətdə tam məhv olması yüz illərlə vaxt tələb edir və bu ekoloji zərərin qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə də analoji qiymət tənzimləmələri tətbiq olunur. // Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026