Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, proses zamanı zərərçəkmiş şəxs qismində tanınan Ruhin Tağıyev ifadə verib. O bildirib ki, 30 min manatı Zaur adlı şəxsin iştirakı ilə Oktay Babayevə verib. Ruhin Tağıyevin sözlərinə görə, həmin vəsaiti borc götürərək ödəyib.
Məhkəmədə dindirilən digər şəxs Kamil Cəlilov isə əvvəlki ifadələri ilə müəyyən ziddiyyətlərin olduğu qeyd edilib. İclas zamanı onun verdiyi ifadələr ətrafında müzakirələr aparılıb.
Təqsirləndirilən Oktay Babayev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, məhkəmədə çıxışı zamanı səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirərək, bütün ittihamları təkzib edib.
Məhkəmənin qərarı ilə növbəti iclas iyunun 24-nə təyin edilib.
Murad İsmayıl
Bakı 



