Suraxanı rayonu, Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı 7 nəfər saxlanılıb. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib.
Bakıvaxtı.az xatırladır ki, mübahisə zaman iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər. Bu hadisə yeniyetmələr və gənclər arasında zorakılıq hallarının artması məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, ilk növbədə nəzərə almaq lazımdır ki, uşaqlar, gənclər, yeniyetmələr hansı mühitdə sosiallaşırlar. Onun dediyinə görə, yəni, məktəbəqədər mühit, ailə mühiti. ailə daxilində münaqişə varsa bu uşaqlarda aqressiya yaradır:
“Məktəbəqədər müəssisələrdə uşaqlara qarşı bulinq varsa, bu, uşaqlarda aqressiya yaradır. Bu gün ailədən də, təhsil müəssisələrindən də əsas öndə duran amil sosial şəbəkələrdə, internet resurslarında "Mavi balina", "Roblex" kimi oyunlar yeniyetmələrdə aqressiya yaranmasına gətirib çıxarır”.
Müsahibimiz qeyd edib ki, hansısa ölkədə bizə aid olmayan cəmiyyətdə bulinqlər olur. Onlar da sosial şəbəkələr vasitəsi ilə bizim uşaqlara keçir:
“Nəticədə onlar da bir-birlərinə qarşı bulinqlər tətbiq edirlər. Əlavə olaraq, filmlər, cizgi filmləri və yaxud hansısa bir paylaşımları misal gətirmək olar. Ölkə başçısı 27 fevral 2026-cı ildə rəqəmsal mühitdə uşaqların zərərli kontenlər, nalayiq informasiyalardan qorunması haqqında sərəncam verdi. Sərəncamda əslində bu məqamlar nəzərə alınır. Qeyd olunur ki, məktəbəqədər müəssisələrdə və məktəblərdə süni imtellekt texnologiyalarından, internet resurslarından istidəfadə qaydaları, mövzular salınsın kurikulumlara. Eyni zamanda yaş məhdudiyyətinin qoyulması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib ki, 3 ay müddətində hazırlansın və dövlət başçısına təqdim edilsin”.
Sosioloq Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirə olunduğunu xatırladıb.
“Sosial şəbəkə platformalarında uşaqların müstəqil şəkildə hesab açmasının qarşısı alınır. Qəyyumlar və valideynlərinin vasitəsi ilə artıq bu mümkün olacaq” deyən həmsöhbətimiz bir çox ölkədə bu təcrübənin olduğunua diqqət çəlib.
“Uşaqlarda aqressiya daha çox qeyd edilən səbəblərlə bağlıdır. Görünür ki, sosial şəbəkələrlə bağlı yeni reallıq olacaq. O reallıqlar qeydiyyat məsələsi, yaş məhdudiyyət məsələlərində öz əksini tapacaq”, - deyə Üzeyir Şəfiyev əlavə edib.
Zümrüd Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



