“Müəllim və həkimlərin dövlət qulluqçusu statusu ala bilmələri fikri zaman-zaman gündəmə gəlir və buna dair beynəlxalq təcrübədən nümunələr irəli sürülür”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında təhsil mütəxəssisi Məzahir Məmmədli bildirib.
Mütəxəssis təəsüf hissi ilə vurğulayıb ki, ölkəmizdə bu məsələnin reallaşması qeyri-müəyyən vaxta qədər saxlanılır:
“Düşünürəm ki, bu, Azərbaycan modelində mürəkkəb və çətin həll olunan məsələdir. Çünki Milli Məclisin özündə belə buna dair vahid yanaşma yoxdur. Orada da millət vəkillərin bir neçəsi beynəlxalq təcrübəni nümunə gətirir, bəziləri artıq yerli qaydalarımızın geniş tətbiqini arzulayır. Deputat Vüqar Bayramovun belə bir təklifi var ki, Azərbaycanda müəllimlərin sertifiksiyası zamanı yüksək nəticə göstərən müəllimlərin əmək haqlarına əlavə 35 faiz artımlar olsun. Belə təssəvvür fomalaşır ki, məhz müəllimlərin əmək haqlarının artırılması ancaq bu istiqamətdə nəzərdə tutulub”.
Müsahibimiz qeyd edib ki, beynəlxalq təcrübə başqa bir amili də diktə edir. Dediyinə görə, beynəlxalq təcrübədə müəllimlərin 20-25 ildən sonra təqaüdə getməsi məsələsi də var:
“Bəzi ölkələrdə müəllimlərin yaşları 65-i keçsə də, bilik, bacarıq və sağlamlıqları imkan verirsə, onların imkanlarından istifadə qaydaları mövcuddur. Azərbaycanda bütün bunların hamısı yarımçıq qalıb”.

Məzahir Məmmədli: 20 min müəllim daimi ştatda olacaqsa, məktəbi özünə daimi iş yeri kimi biləcəksə, deməli...
M.Məmmədli qeyd edib ki, 30 baldan 51 bala qədər nəticə göstərən müəllimlərin əmək haqları cəmi 10 faiz, 51-dən yuxarı nəticə göstərənlərdə isə 35 faiz artırılır:
“Ona görə də müəllimlər narazılıq ifadə edirlər ki, 1 bala görə 35 faizlik əmək haqqı artımından məhrum olurlar. Aparılan müzakirələrdən Azərbaycanda müəllim və həkimlərin dövlət qulluqçusu hesab olunması real görünmür”.
Pilot layihə hazırlandığını qeyd edən müsahibimiz onu da əlavə edib ki, təxminən 20 min müəllim daim ştatda çalışacaq:
“20 min müəllim daimi ştatda olacaqsa, məktəbi özünə daimi iş yeri kimi biləcəksə, deməli onun əmək haqqına əlavələr olunacaq. Belə bir model tətbiq olunacaq. Məncə, bu sistemi genişləndirmək təşəbbüsləri daha realdır, nəinki dövlət qulluqçusu hesab etmək”.
Aydın Baxış
Bakı 



