• Bakı 26° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Özünün və digərlərinin həyatını təhlükəyə atdı - VİDEO

CƏMİYYƏT

08 Iyul 2026 | 13:20

Özünün və digərlərinin həyatını təhlükəyə atdı - VİDEO

Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdaredici işarələrdən istifadə etməməsi adi hala çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, belə hadisələrdən biri Xəzər rayonu ərazisində - Zuğulba-Bilgəh yolunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil sürətli yolun döngə hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətdə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdaredici işarə qoymayıb. Nəticədə, yolda qəza şəraiti yaranıb.

Bu hal digər avtomobillər kimi, nasaz olan nəqliyyat vasitəsi və sürücüsü üçün də təhlükəlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda texniki nasazlıq səbəbindən qalan avtomobil ağır qəzaya səbəb olmuş və tanınmış hüquqşünas Fərhad Mehdiyevin motosikletlə hərəkət edən qızı həlak olmuşdu.,“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026