• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Altıağac yolu bağlandı, təhlükəli vəziyyət yarandı - Video

HADİSƏ

08 Iyun 2026 | 12:02

Altıağac yolu bağlandı, təhlükəli vəziyyət yarandı - Video

Güclü yağış Altıağac yolunu yararsız hala salıb.

Bakıvaxtı.az Shimal.News-a istinadən xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar nəticəsində Xızıda yerləşən Altıağac Milli Parkına gedən asfalt yol ciddi zədələnib.

Yol örtüyündə böyük çatlar, çökmələr və deformasiyalar yaranıb.

Yolun bəzi hissələrində təhlükəli vəziyyət formalaşıb. Yerli sakinlərin və bölgəyə səfər edənlərin sözlərinə görə, yağıntılar torpaq sürüşmələri və yol əsasının dağılması ilə nəticələnib.

Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti qiymətləndirəcəyi və bərpa işlərinin aparılacağı gözlənilir.

Qeyd edək ki, Altıağac Milli Parkı bölgənin turizm və ekoturizm baxımından əhəmiyyətli istiqamətlərindən biri hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026