• Bakı 23° C

    11.8 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Narkotik tərkibli dərman tələb edən vətəndaş poliklinikanı yandırmaq istədi

HADİSƏ

07 Iyul 2026 | 21:38

Narkotik tərkibli dərman tələb edən vətəndaş poliklinikanı yandırmaq istədi

Gəncədə poliklinikada insident baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təyin olunan dozadan artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib.

Daha sonra həmin şəxs üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

Məlumata görə, vətəndaş nevroloqla mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR