Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.
Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qəzada xəsarət alan 6 nəfər işçidən üçünün vəziyyəti ağır olduğundan kəllə-beyin travması ilə Mingəçevir Regional Hospitala, digər xəsarət alanlar isə müayinə üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Bakı 





