• Bakı 24° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Rüşvət iddiaları ilə ittiham olunan polkovnikin məhkəməsidir

HADİSƏ

08 Iyun 2026 | 10:02

Rüşvət iddiaları ilə ittiham olunan polkovnikin məhkəməsidir

Bu gün Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin məhkəmə prosesi keçiriləcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, işə Bakı Hərbi Məhkəməsinin hakimi Anar Rzayev sədrlik edəcək.

İttihama əsasən, Oktay Babayev Ruhin Tağıyevdən onun sərəncama göndərilməsinin qarşısını alacağına dair vəd verərək 30 min manat pul alıb. Lakin bir müddət sonra R.Tağıyev həbs olunub.

Daxil olmuş şikayət əsasında Respublika Hərbi Prokurorluğunda cinayət işi üzrə istintaq aparılıb. İstintaqın yekununda Oktay Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq) ilə ittiham elan olunub.

Qeyd olunan maddənin sanksiyasına əsasən, təqsiri sübuta yetiriləcəyi təqdirdə, şəxs cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Xatırladaq ki, hazırda isə Müdafiə Nazirliyinin Tibb İdarəsində mülki işçi kimi çalışan ehtiyatda olan gizir Vəkil Rəcəbovun da adı müxtəlif iddialarda hallandırılır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026