“Dövlət təhlükəsizliyi və infrastrukturun qorunması müasir dövrün əsas strateji prioritetlərindəndir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc Milli Məclisdəki çıxışı zamanı deyib.
O bildirib ki, müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri strateji infrastrukturun və milli resursların qorunmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə dövlət orqanları və aidiyyəti qurumlar tərəfindən kompleks tədbirlər həyata keçirilməlidir.
Zahid Oruc qeyd edib ki, qlobal çağırışlar fonunda təhlükəsizlik sistemlərinin gücləndirilməsi və hüquqi mexanizmlərin təkmilləşdirilməsi vacibdir:
“İqtisadi və təhlükəsizlik sahəsində qəbul edilən qərarlar ölkənin uzunmüddətli inkişafına birbaşa təsir göstərir”.
Zeynəb Rzayeva
Bakı 



