• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi 

SİYASƏT

08 Iyul 2026 | 09:05

Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi 

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

Bakıvaxtı.az Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, M. Cabbarov Prezident İlham Əliyevin səmimi salamlarını Q. Berdiməhəmmədova çatdırıb.

Öz növbəsində, Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan Prezidentinə ən xoş arzularını ifadə edib və iki dost dövlət arasında durmadan dərinləşən qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. O, Türkmənistan və Azərbaycan arasında əlaqələrin ənənəvi qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana ötən ay etdiyi dövlət səfərinin əhəmiyyətinə toxunulub. Q. Berdiməhəmmədov səfərdə Türkmənistan hədiyyə edilən  "Dostlug" neftdaşıyan tankerinə görə Azərbaycan tərəfinə bir daha öz minnətdarlığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026