Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir.
Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu general-mayor Namiq Bayramov HHQ-nin Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimində deyib.
Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Bu cür kursların Azərbaycan Ordusunun döyüş qüdrətinin artırılması və peşəkar zabit kadrları ilə komplektləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.
Bakı 



