“Əsas məqsəd uşaqları zərərli kontentdən və mənfi təsirlərdən qorumaqdır”.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, müzakirə olunan qanun layihəsi cəmiyyət üçün xüsusi aktuallıq daşıyır və uşaqların psixoloji, sosial və mənəvi inkişafına birbaşa təsir göstərir. Deputatın sözlərinə görə, 16 yaşdan aşağı şəxslərin rəqəmsal platformalarda qorunması istiqamətində tənzimləmələr mühüm addımdır.
Jalə Əliyeva vurğulayıb ki, uşaqların zərərli kontentdən müdafiəsi, onların sağlam inkişafı və təhsil prosesinə diqqətin artırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir:
“İnternetdən istifadədə məhdudiyyətlərin tətbiqi zamanı valideyn nəzarəti və məsuliyyəti də əsas rol oynayır”.
Deputat çıxışının sonunda bildirib ki, bu sahədə atılan addımlar həm hüquqi, həm də sosial müstəvidə birgə məsuliyyət tələb edir.
Zeynəb Rzayeva
Bakı 



