• Bakı 23° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Binəqədidə küçədən neft çıxır? - Video

CƏMİYYƏT

08 Iyun 2026 | 16:14

Binəqədidə küçədən neft çıxır? - Video

Binəqədi rayonu Biləcəri qəsəbəsi 10 May küçəsində yerdən neft çıxması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunsa da, problem aradan qaldırılmayıb. Videodan da neftə bənzər məhsulun küçə boyu axdığı aydın görünür.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı aidiyyəti quruma muraciət edilib.

Mövzu barədə Dövlət Neft Şirkətinə (SOCAR) də sorğu ünvanlamışıq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR