• Bakı 24° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Şuşadakı abidələr razılaşdırılmadan başqa yerə köçürülə bilməz

CƏMİYYƏT

08 Iyul 2026 | 15:31

Şuşadakı abidələr razılaşdırılmadan başqa yerə köçürülə bilməz

Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026