• Bakı 23° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Maştağa Olimpiya İdman Kompleksini su basdı - VİDEO

CƏMİYYƏT

08 Iyun 2026 | 15:12

Maştağa Olimpiya İdman Kompleksini su basdı - VİDEO

Bakının Sabunçu rayonu ərazisində yerləşən Maştağa Olimpiya İdman Kompleksində növbəti problem yaşanıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, kompleksin ərazisini və bəzi daxili hissələrini yağış və ya texniki nasazlıq nəticəsində su basıb.

Hadisə ictimaiyyətdə ciddi narazılıq yaradıb.

İllərdir müxtəlif problemlərlə gündəmə gələn kompleks bu dəfə də baxımsızlıq və idarəetmədəki nöqsanlar səbəbindən müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən Maştağa Olimpiya İdman Kompleksi uzun müddət istifadədən kənarda qalıb, burada aparılan təmir işlərinin isə illərlə uzandığı barədə məlumatlar yayılıb.

Yerli sakinlər daha əvvəl də kompleksin fəaliyyət göstərməməsindən və idmançıların məşq üçün başqa ərazilərə üz tutmaq məcburiyyətində qaldıqlarından şikayət etmişdilər.

İndi isə su basma hadisəsi kompleksin texniki vəziyyəti ilə bağlı yeni suallar yaradıb. Dövlət büdcəsi hesabına tikilən və sonradan yenidən təşkil olunan belə bir idman obyektində su izolyasiyasının, drenaj sisteminin və mühəndis-kommunikasiya xətlərinin hansı vəziyyətdə olduğu maraq doğurur.

Məlumata görə, sözügedən Kompleks 22 il sonra Gənclər və İdman Nazirliyinin balansına verilib.

Xatırladaq ki, sözügedən idman müəssisəsinin nizamnamə kapitalı 2 270 438 manat və qanuni təmsilçisi Ərşad Cahid oğlu Nəsibovdur.

Ərazidən görüntüləri təqdim edirik.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR