Növbəti köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.
***
13:23
Növbəti köç karvanı Xocavəndə çatıb.
Bakıvaxtı.az xəbər verir ki,bu gün Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə (72 nəfər), Quzeyxırman kəndinə 21 ailə (87 nəfər) köçürülüb.
***
08:36
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bakı 







