Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5,52 milyon ABŞ dolları dəyərində 1 min 238 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Estoniyadan 1,66 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 363 ədəd (+10 %), Avstriyadan 1,51 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 342 ədəd (+10 dəfə), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 236 ədəd (+6 dəfə), Slovakiyadan 519 min ABŞ dolları dəyərində 132 ədəd (1 il əvvəl tədarük olmayıb), Macarıstandan 510 min ABŞ dolları dəyərində (-32 %) 132 ədəd (-41 %) mal-qara alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 8 min 983 ədəd mal-qaranın 40 %-i Uruqvayın, 20,5 %-i Çexiyanın payına düşüb.
Bakı 



