• Bakı 26° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

SİYASƏT

08 Iyul 2026 | 13:15

Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

"Azərbaycan və İordaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, həm təkbətək, həm də geniştərkibli görüş zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətləri müzakirə olunub:

Nazir deyib ki, müzakirələr zamanı qarşılıqlı münasibətlərə dair məmnunqluq ifadə edilib, xüsusi olaraq iki dövlət başçısının sıx və səmimi təmaslarının bu münaisbətlərin əsasını təşkil etməsi qeyd olunub. Hər iki ölkənin xarici siyasət idarələri arasında əlaqələr də yüksək səviyyədədir.

"Bu gün fürsətdən istifadə edərək iki mühüm saziş imzaladıq, yaxın zamanlarda müxtəlif sahələri əhatə edən müqavilələrin də imzalanamasının şahidi olacağıq", - deyə Ceyhun Bayramov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026