• Bakı 24° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Sərdar Cəlaloğlu Fazil Mustafanı DEBATA ÇAĞIRDI

SİYASƏT

08 Iyul 2026 | 14:10

Sərdar Cəlaloğlu Fazil Mustafanı DEBATA ÇAĞIRDI

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarova və Slavyan Universiteti barəsində dedikləri ciddi ajiotaj yaradıb.

Bakıvaxtı.az xatırladır ki, bir çox parlament üzvü bu ittihamlara görə S.Cəlaloğlunu sərt tənqid edib. ADP sədrinə cavab verənlər arasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da var. F.Mustafa dəfələrlə siyasi qarşıdurma yaşadığı S.Cəlaloğlunu “İrançı şəbəkənin ruporlarından biri” deyərək, ittiham edib və bildirib ki, ona qarşı sui-qəsd edənlər məhkəmə prosesində əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun onun barəsində dediklərini əsas gətiriblər. 

Fazil Mustafanın ittihamları barədə Bakıvaxtı.az-a açıqlamasında Sərdar Cəlaloğlu bu barədə fikir bildirməyə ehtiyac görmədiyini deyib və bunu söyləyib: 

“Amma istəsə, istənilən telekanalda onunla debata çıxmağa hazıram”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026