İlin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Həmin nikahlarda Azərbaycan vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub.
Qeyd edək ki. ötən ilin müvafiq dövründə isə 480-i qadın, 600-ü kişi olmaqla 1080 nəfər Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.
Bakı 



