• Bakı 25° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Azərbaycan bu ölkəyə heyva tədarükünə başladı

İQTİSADİYYAT

08 Iyul 2026 | 10:48

Azərbaycan bu ölkəyə heyva tədarükünə başladı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,34 milyon ABŞ dolları dəyərində 1 min 109 ton heyva ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 48 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çox) 782 ton (+5 %), Albaniyaya 92 min ABŞ dolları dəyərində 124 ton (1 il əvvəl tədarük olmayıb), Rumıniyaya 86 min ABŞ dolları dəyərində 49 ton (1 il əvvəl tədarük olmayıb), Almaniyaya 59,4 min ABŞ dolları dəyərində 48 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 54 min ABŞ dolları dəyərində 87 ton (1 il əvvəl tədarük olmayıb) heyva satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Şimali Makedoniyaya tədarük (11,7 min ABŞ dolları dəyərində 16,2 ton) həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026