• Bakı 25° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istədilər - ƏMƏLİYYAT 

HADİSƏ

08 Iyul 2026 | 13:04

İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istədilər - ƏMƏLİYYAT 

İrandan Azərbaycana 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026