• Bakı 23° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

"Sabah" bizi yordu - Harrison

İDMAN

08 Iyul 2026 | 01:05

Sabah bizi yordu - Harrison

Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison “Sabah”a 2-0 hesablı məğlubiyyəti şərh edərkən deyib.

“İlk hissədə güc sərf etdik. Hücuma meyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik”, - Harrison bildirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Uelsdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026