• Bakı 23° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verdi

İDMAN

08 Iyul 2026 | 00:28

Güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verdi

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Emin Cavadlı (55 kiloqram) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub.

Cavidan Nehmətov (77 kiloqram) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kiloqram) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.

Museyi-Kazım Hüseyn (130 kiloqram) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026