• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Hicran Hüseynova: “Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir”

SİYASƏT

08 Iyun 2026 | 11:17

Hicran Hüseynova: “Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir”

“Uşaqlar təkcə ailənin deyil, həm də ölkənin gələcəyidir, onların inkişafına qoyulan sərmayə gələcəyə yatırılan investisiyadır”.

Bakıvaxtı.az xəbər verir ki, Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında komitə sədri Hicran Hüseynova uşaqların hüquqlarının qorunması və onların sağlam inkişafı üçün yaradılan imkanlardan danışıb.

Deputat bildirib ki, Azərbaycanda uşaqların müdafiəsi və rifahının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkədə uşaqların savadlı, bilikli və vətənpərvər böyüməsi, bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb.

Hicran Hüseynova qeyd edib ki, uşaqların zərərli təsirlərdən qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və keyfiyyətli təhsil alması dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər uşaqların hərtərəfli inkişafına xidmət edir:

“Uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlər gələcək nəslin formalaşmasına və cəmiyyətin inkişafına mühüm töhfə verir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026