• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

İran: Günahkar ABŞ-dir

SİYASƏT

08 Iyun 2026 | 12:30

İran: Günahkar ABŞ-dir

Tehran milli maraq və təhlükəsizliyinin tələb etdiyi həddə qədər addım atacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda müharibənin son vəziyyəti ilə bağlı danışarkən bildirib.

Bəqai deyib ki, İran İsrail və ABŞ-a mövcud vəziyyətdən sui-istifadə edərək təcavüzü davam etdirməyə imkan verə bilməz və onların sadəcə bir bəyanatla atəşkəsə sadiq olduqlarını demələri kifayət deyil.

O, həmçinin, regiondakı hadisələrdə ABŞ və İsrailin siyasətlərinin koordinasiyasına diqqət çəkərək bildirib ki, son hadisələr Vaşinqtona qarşı şübhələri daha da artırıb.

Bəqai əlavə edib ki, ABŞ son atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıyır və İsrail Vaşinqtonla məsləhətləşmədən müstəqil addım atmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026