• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Deputatdan TÖVSİYƏ: Uşaqları rəqəmsal asılılıqdan qorumaq üçün...

SİYASƏT

08 Iyun 2026 | 12:17

Deputatdan TÖVSİYƏ: Uşaqları rəqəmsal asılılıqdan qorumaq üçün...

Müasir dövrdə uşaqların rəqəmsal asılılığının hansı səviyyədə olduğu gündəlik həyatda əyani şəkildə görünür.

Bakıvaxtı.az xəbər verir ki, bunu  millət vəkili Azər Allahverənov Milli Məclisdəki çıxışı zamanı deyib.

A.Allahverənov bildirib ki,  bu baxımdan, müəyyən məhdudiyyətlərin tətbiq olunması bir nəzarət mexanizmi və müdafiə tədbiri kimi zəruridir.

Millət vəkili rəqəmsal asılılıqla mübarizədə beynəlxalq təcrübəyə toxunaraq Avstraliya, Fransa, Böyük Britaniya və xüsusilə bu sahədə kəskin addımlar atan Çin kimi ölkələrin nümunələrini çəkib. Bu cür məhdudiyyətlərin tətbiqi uşaqları rəqəmsal asılılıqdan müəyyən qədər azad edə bilər. Lakin beynəlxalq təcrübə öyrənilərkən fraqmentar deyil, daha geniş təhlillər aparılmalı, tətbiq olunan qadağaların hansı müsbət nəticələr verdiyi və ya hansı reaksiyalarla qarşılaşdığı dərindən araşdırılmalıdır.

Sürətli texnoloji inkişafın gətirdiyi risklərdən danışan deputat vurğulayıb ki, yeni tətbiqlər ilk mərhələdə tamamilə zərərsiz görsənsə də, geniş istifadəçi kütləsi topladıqdan sonra onların daxili kontenti asanlıqla mənfi istiqamətə dəyişdirilə bilir. Buna görə də müvafiq dövlət strukturları tərəfindən vaxtaşırı olaraq ciddi monitorinqlər aparılmalıdır:

“Qadağalardan yayınmaq üçün marketinq şirkətləri öz məhsullarını yaymağın yeni və gizli üsullarını düşünə bilərlər”. 

Xüsusilə şüuraltına təsir edən məşhur "25-ci kadr" effekti və buna bənzər gizli metodların işə salınması riskinə diqqət çəkən deputat, uşaqların təhlükəsizliyini tam təmin etmək üçün qanunvericiliyin və nəzarət mexanizmlərinin çevik, monitorinqlərin isə daimi olmasının qaçılmazlığını vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026