• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

MŞ sədrindən TƏKLİF: Şöyüş yayan şəxslərlə bağlı tədbirlərin gücləndirilməlidir

CƏMİYYƏT

08 Iyun 2026 | 13:08

MŞ sədrindən TƏKLİF: Şöyüş yayan şəxslərlə bağlı tədbirlərin gücləndirilməlidir

"İctimai mənəviyyata zərər vuran məzmuna qarşı tədbirlər gücləndirilə bilər".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, artıq uşaqları sosial media və rəqəmsal platformalardan tam uzaqlaşdırmaq mümkün deyil, çünki onların gündəlik həyatı və təhsil prosesi rəqəmsal mühitlə sıx bağlıdır.

“Uşaqların əlindən telefonları almaq artıq mümkün deyil. Onların həyatı artıq sosial mediadadır. Yeni bir dünyada yaşayırıq”, - deyə o vurğulayıb.

MŞ sədri bildirib ki, bu səbəbdən ictimai nəzarət və ailə institutunun rolu daha da artır:

“Əvvəllər ailələr uşaqları müəyyən mühitlərdən uzaq saxlamağa çalışırdısa, indi həmin proses virtual məkanda aparılmalıdır”.

R.Məcid qeyd edib ki, texnologiya şirkətləri və platformalar sürətlə dəyişdiyi üçün qanunvericilik çox vaxt bu dəyişikliklərin arxasınca çatmaqda çətinlik çəkir.

İnun fikrincə, uşaqların zərərli məzmunlardan qorunması üçün müxtəlif filtr və süzgəc mexanizmlərinin tətbiqi vacibdir.

O, həmçinin sosial mediada ictimai mənəviyyata zərər vuran, söyüş və qeyri-etik ifadələr yayan şəxslərlə bağlı da tədbirlərin gücləndirilməsini təklif edib:

“İctimai mənəviyyata zərər vuran sosial media nümayəndələri ilə bağlı tətbiqlər də nəzərdə tutulmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026