• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistanda elektron səsvermənin də nəticələri açıqlandı

DÜNYA

08 Iyun 2026 | 00:59 | Müəllif: Subhan Mahmudov

Ermənistanda elektron səsvermənin də nəticələri açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində elektron səsvermənin nəticələrini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, elektron səsvermə hüququ olan 537 vətəndaşdan 410-u seçkilərdə iştirak edib. Etibarsız hesab edilən bülletenlərin sayı 22 olub.

MSK sədri Vaaqn Hovakimyanın təqdim etdiyi nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 330 səs toplayaraq elektron səsvermədə lider olub.

“Güclü Ermənistan” bloku və “Birlik Qanadları” Partiyası hər biri 13, “Ermənistan” seçki bloku isə 8 səs qazanıb.

“Çiçəklənən Ermənistan” Partiyası 5, “Şərəfli Partiya” 5, “Respublika” Partiyası isə 4 səs əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR