• Bakı 21° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Kobaxidze Paşinyanı təbrik etdi

DÜNYA

08 Iyun 2026 | 00:47

Kobaxidze Paşinyanı təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nikol Paşinyanı keçirilən parlament seçkilərində qazandığı uğur münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan hökumətinin rəhbəri bu barədə özünün “X” hesabında paylaşım edib.

Qonşu ölkənin Baş naziri ikitərəfli əlaqələrin gələcəyinə ümid bəslədiyini diqqətə çatdırıb:

“Baş nazir Nikol Paşinyanı seçkilərdə partiyasının qazandığı uğur münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı, dostluq münasibətlərini möhkəmləndirmək, eləcə də xalqlarımızın rifahını təmin etmək üçün sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Ermənistanda keçirilən builki parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” digər rəqiblərini geridə qoyaraq qələbə qazandığını elan edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026
06 Iyun 2026