Ermənistanın paytaxtı İrəvanda parlament seçkiləri günü ölüm hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, İrəvanın Şenqavit rayonunda 27 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Müşahidəçi təşkilat “Akanates” bildirib ki, hadisə 8/24 saylı seçki məntəqəsinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, insident avtomobilin sürətli idarə olunması ilə bağlı yaranan mübahisə nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bakı 



