• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat

CƏMİYYƏT

08 Iyun 2026 | 12:22

Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat

Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var.

Bakıvaxtı.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Komitə sədri bildirib ki, gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri – ailə büdcəsindən xeyli vəsait aparır.

“12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.

İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026